• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Milyarderlərin siyahısında kimlər homoseksualdır? - FOTO

Milyarderlərin siyahısında kimlər homoseksualdır? - FOTO

2014-cü il dünya üzrə milyaderlərin siyahısında ilkd dəfə qadınların sayının çox olması diqqət çəkdi.

1645 milyaderin 173-ü qadındır. Eyni zamanda siyahıda 7 nəfər iş adamının cinsi mənsubiyyəti birmənalı deyil. Publika.Az “Forbes”ə istinadən həmin siyahını təqdim edir.

Qeyd edək ki, sıralamada birinci yeri mediamaqnatı Deyvid Qeffen dayanır. D.Qeffenin sərvətinin həcmi 6,1 milyard dollardır. Karyerasına William Morris aktyorluq agentliyində məktub çeşidləməklə başlayıb. Asylum Records və Geffen Records-un yaradıcısıdır. Hansı ki Eagles, Aerosmith və Guns N' Roses kimi qrupların karyerası başlayıb.

Deyvid Qeffen açıq şəkildə homeseksualdır.Yəni orentasiyasını gizlətmir. Siyahının ikincisi Ceniffer Priçkerdir. 1,8 milyarda sahib Ceneffer 2013-cü ildən dünyada yeganə milyoderdir ki transseksualdır. O özünü qadın kimi hiss etdiyini bəyan edib. Bildirik ki istər şəxsi, istərsə də işgüzar münasibətlərdə qadın kimi çıxış edəcək.O Çikaqo investisiya şirkəti olan Tawani Enterprises-in baş direktorudur.

Üçüncü yerdə dünyaca məşhur brendin – “Dolce & Gabbana” nın yaradıcılarından biri olan Domeniko Dolçedir. 1,65 milyarda sahib Domeniko ötən il 1,4 milyard dollar qazanc əldə edib. Dördüncü yerdə Maykl Korsdur. 1 milyard dollara sahib milyader pulunu qadın geyimi istehsal etməklə qazanıb.

Maykl Korsdan sonra Dolçe Qabbana gəlir. 1,65 milyarda sahib Qabanna “Dolce & Gabbana” nın yaradıcılarındandır. Tibbi texnikanın istehsalı ilə məşğul olan Stryker Corp şirkətinin sahibi Con Strayker də homoseksualdır. O, 1,6 milyarda sahibdir.

Siyahının sonuncusu isə Piter Tildir. 2,2 milyarda sahib Piter PayPal-un yaradıcısı, “Facebook” un ilk investorudur. Qeyd edək ki, Piter 2014-cü ildə sərvətini maliyyədən və investisiyadan qazanan 252 milyader arasında yeganə milyaderdir ki, homoseksual olduğunu açıq şəkildə etiraf edir.

Leyla

Xəbər lenti

DAHA ÇOX XƏBƏR