Qazpulu ilə bağlı şad xəbər: köhnə tariflə istifadə edə bilərsiniz
Bizi izləyin

İqtisadi gündəm

Qazpulu ilə bağlı şad xəbər: köhnə tariflə istifadə edə bilərsiniz

Noyabrın 28-də Tarif Şurası elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərar verib. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Hazırda smart tipli sayğaclara sahib abonentləri düşündürən sual kartlarına çox pul yükləyib, köhnə taariflərlə qazdan yararlana bilmələrinin mükün olub-olmamasıdır.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayev Publika.az-a bildirdi ki, hər kəs istədiyi qədər balans yükləyə bilər:

“Hazırkı qiymətlə karta balans yükləyən abonentlərin işlətdiyi qaz elə köhnə qiymətlə də hesablanacaq. Artım yalnız yanvar ayının 1-dən sonra yüklənən məbləğə aid olacaq. Yanvar ayının 1-nə kimi nə qədər balans yükləsəniz də silinməyəcək. İndidən kim ödəniş eləsə, köhnə tariflə düşəcək. Yanvardan isə ödəniş 1500 kubmetri aşdıqda yeni tariflə hesablanacaq”.

Prosesin necə tənzimlənəcəyinə, yəni abonentin aldadılmayacağına gəlincə, “Azəriqaz” rəsmisi bildirdi ki, hər bir abonentlə bağlı bazada məlumat var:

“Orada abonentin karta yüklədiyi məbləğ, işlətdiyi qazın həcmi əksini tapır. Yəni burada kiminsə aldadılmasından söhbət gedə bilməz”.

Məlum oldu ki, iri müəssisələr də balansı indi yükləyib, yeni ildə köhnə tariflə istifadə edə bilərlər:

“Hal hazırda limit qoyulmayıb”.

İqtisadiyyat söbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm