“Dövlət aparatındakı artıq strukturlar ləğv olunmalıdır!”
Bizi izləyin

İqtisadi gündəm

“Dövlət aparatındakı artıq strukturlar ləğv olunmalıdır!”

“Artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir".

“Diplomatik korpusların açılması Milli Məclisin qərarı ilə olur. Onun bağlanması məsələsinə diqqət yetirilməlidir”.

Publika.az-ın xəbərinə görə, bunu YAP icra-katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin Plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

S.Novruzov çıxışı zamanı diplomatik korpusların bağlanması ilə bağlı məsələyə münasibət bildirərək deyib ki, səfirliyin açılıb-bağlanması çox ciddi məsələdir:

“Çünki səfirliyin fəaliyyət göstərdiyi ölkəyə onun bağlanmasını hansı formada biz izah edəcəyimizə diqqət etməliyik. Bu yaxınlarda biz Özbəkistanda səfərdə olduq. Özbəkistan Azəraycanın strateji tərəfdaşıdır və çox az ölkələrdəndir ki, Ermənistanda səfirliyini açmayıb. Lakin Özbəkistanda hərbi atteşə vəzifəsi ixtisara salınıb. Onlar bu ixtisari heç cür anlaya bilmirlər. Biz indi deməliyik ki, vəsaitimiz çatmadığına görə biz onu ixtisara salmışıq? Bunu Müdafiə Nazirliyi ölçüb-biçməli, kimin ixtisarına diqqət etməlidir. O cümlədən Xarici İşlər Nazirliyi də bu sahəyə diqqət etməlidir”.

Deputat dövlət aparatında strukturlarının islahatının aparılmasını təklif edib:

“Artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə oxşar strukturlar biləşdirilməlidir. Bura özəl strukturlar daxil deyil. Az vəsaitlə daha çox işlər görməliyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm