Neft məhsullarının ixracı azaldı
Bizi izləyin

İqtisadi gündəm

Neft məhsullarının ixracı azaldı

Daxili tələbatın artması neft məhsullarının ixracını 16,87% azaldıb

2014-cü ilin aprel ayında 7 min 141 ton dizel yanacağı, 524 ton təyyarə yanacağı və 14 min 318 ton vakuum qazoylu ixrac edilib.

Publika.Az Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə istinadən bildirir ki, ümumilikdə, 2014-cü ilin yanvar-aprel ayları ərzində 383 ton avtomobil benzini, 250 min 104 ton dizel yanacağı, 35 min 467 ton təyyarə yanacağı və 48 min 766 ton vakuum qazoylu ixrac edilmişdir ki, bunların da cəmi 334 min 720 ton olmuşdur.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft məhsullarının ixracı 16,87% azalıb. 2014-cü ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 1008,13 dollar, təyyarə yanacağının – 942,11 dollar, dizel yanacağının – 895,21 dollar təşkil edib. Neft Araşdırmalar Mərkəzinin ekspertlərinin açıqlamasına əsasən neft məhsullarının azalması Azərbaycanda artıq 5 ildən çoxdur müşahidə olunan hadisədir. Bu da obyektiv səbəblərdən baş verir: “Belə ki, 2007-ci ildən başlayaraq Azərbaycana avtomobillərin idxalının kəskin artımı müşahidə olunmağa başlamışdır. Avtomobillər isə yanacaq tələb edir. Bu səbəbdən də daxili bazarda hər il orta hesabla 9-10 faiz yanacağa olan tələbat artımı baş vermişdir.

Nəticədə 2013-cü ilin yekunu olaraq Azərbaycanda istehsal edilən benzin demək olar ki, ancaq daxili bazarın ehtiyaclarının ödənilməsinə yönəldilib. Bu baxımdan, cari ildən neft məhsullarının ixracatı statistikasındakı azalma əsasən ölkənin yanacaq bazarındakı vəziyyətlə əlaqədardır və orta perspektivdə yeni neft emal müəssisəsinin istifadəyə berilməsinə qədər bu tendensiyanın yalnız stabilləşməsinə ümid etmək olar”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm