Əhalinin banklardakı borcu artıb
Bizi izləyin

İqtisadi gündəm

Əhalinin banklardakı borcu artıb

Əhalinin banklardakı borcu artıb

Azərbaycanda öz kredit tarixçələri haqqında məlumat alanların sayı dəfələrlə artıb.

Publika.Az Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinə istinadən bildirir ki, 2014-cü ilin birinci rübündə Hesabat dövrü ərzində reyestrdən 41 bank və 27 BOKT istifadə edib.

Dövr ərzində reyestrdə 618,979, o cümlədən banklar və BOKT-lər tərəfindən 609,500 sorğu həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı (2013 – 429,385) 1.44 dəfə artıb. Hesabatda bildirili ki, rüb ərzində 9,479 (2013 – 928) şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət edib.

Dövrün sonunda MKR-də haqqında məlumat toplanan borcalanların sayı 2,042,650, kredit məlumatlarının sayı isə 7,096,386, cəmi zaminlərin sayı 918,484 nəfər olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm