ARDNŞ gürcü kilsələrinə pulsuz qaz verəcək
Bizi izləyin

İqtisadi gündəm

ARDNŞ gürcü kilsələrinə pulsuz qaz verəcək

ARDNŞ kilsələrdə istifadə olunacaq təbii qazı öz hesabına ödəyəcək

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstan Patriarxiyası ilə saziş imzalayıb.

Publika.Az ARDNŞ-a istinadən bildirir ki, şirkət ilə Gürcüstanın Energetika Nazirliyi və Patriarxiyası arasında 2013-cü il oktyabrın 19-da tərtib edilmiş əməkdaşlıq haqqında protokola əsasən ARDNŞ qarşı tərəfin təqdim etdiyi siyahı üzrə bu ölkədə fəaliyyət göstərən dini ibadət ocaqları tərəfindən 2013-cü il noyabrın 1-dən 2014-cü il noyabrın 1-ə kimi məişət məqsədləri üçün istifadə olunan təbii qazın dəyərinin ödənilməsinə dair müqavilə imzalayıb.

Mayın 3-də ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədovun imzaladığı müqaviləyə görə, şirkət Gürcüstanın pravoslav kilsə və monastırları, həmçinin müxtəlif dini konfessiyalara (kilsə-monastır, məscid və sinaqoq) məxsus müəssisələr tərəfindən bir il müddətinə istifadə olunmuş təbii qazın haqqını öz hesabına ödəyəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm