Kənd təsərrüfatı məhsullarının qiymətləri ucuzlaşıb
Bizi izləyin

İqtisadi gündəm

Kənd təsərrüfatı məhsullarının qiymətləri ucuzlaşıb

Qiymətlər 8,9 faiz ucuzlaşıb.

Ötən il kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2015-ci ilə nisbətən 2,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,9 faiz ucuzlaşıb.

Publika.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 3,4 faiz bahalaşıb.

2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,0 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 2,5 və 1,5 faiz qalxıb.

Ay ərzində bitkiçilik məhsullarından buğdanın, arpanın, kartofun, xiyarın, xurmanın, narın, naringinin, armudun, heyvanın istehsalçı qiymətində bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabr ayında heyvandarlıq məhsullarından südün, mal ətinin, qoyun ətinin, yumurtanın istehsalçı qiyməti bahalaşıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm