SOCAR-dan önəmli addım: Qiymətli kağızlar bazarında vəziyyət dəyişir
Bizi izləyin

İqtisadi gündəm

SOCAR-dan önəmli addım: Qiymətli kağızlar bazarında vəziyyət dəyişir

Azərbaycan Dövlət Neft Şirkəti dollarla buraxdığı istiqrazlar üzrə faizlərin ödənişini həyata keçirib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dollarla buraxdığı istiqrazlar üzrə faizlərin ödənişini həyata keçirib.

Publika.az-ın məlumatına görə bunu "SOCAR Capital" şirkətinin Müşahidə Şurasının sədri, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

O deyib ki, SOCAR istiqrazlarının buraxılması və təkrar bazarda tədavülü SOCAR-ın maliyyə mənbələrini şaxələndirməklə yanaşı, ölkə vətəndaşlarının vəsaitlərinin daha səmərəli istifadəsinə və Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına ciddi dəstək olub:

"Bu gün həyata keçirilən faiz ödənişi çərçivəsində SOCAR istiqrazlarının sahiblərinə ümumilikdə 1 mln. 250 min dollar həcmində faiz ödənilib. Bu vəsait istiqraz sahiblərinin bank hesablarına artıq köçürülüb və vətəndaşlar bu pulları istədikləri kimi istifadı edə bilərlər".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm