Tanınmış rus teleaparıcı Azərbaycan pomidorunu təriflədi
Bizi izləyin

İqtisadi gündəm

Tanınmış rus teleaparıcı Azərbaycan pomidorunu təriflədi

Azərbaycanın “Zirə” pomidoru dünyanın ən dadlı məhsuludur.

Rusiyanın “Moya Planeta” televiziya kanalında yayımlanan “Dünya bazarı” proqramının məşhur aparıcısı Aleksandr Pryanikov Azərbaycan pomidorlarını tərifləyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, məşhur rus aparıcısı Azərbaycan pomidorlarını “dünyanın ən ləzzətli məhsulu” adlandırıb.

O deyib ki, Azərbaycan pomidorları Türkiyə pomidorlarından dəfələrlə daha dadlıdır:

“Bu gün Rusiyada bazarlarda ticarətçilər hər kəsi “Bakı pomidoru” deyə inandıra bilərlər. Ancaq qətiyyən onlara aldanmayın. Azərbaycanın “Zirə” pomidoru o qədər ləzzətlidir ki, Rusiyada bütün satıcılar öz satdıqları pomidorları “Azərbaycan pomidoru” kimi təqdim etməyə çalışır. Azərbaycanın “Zirə” pomidoru dünyanın ən dadlı məhsuludur. Əgər bazarlarda “Zirə” pomidoru desəniz, dərhal ona alıcılar çıxacaq. Ona görə də bizim bazarlarda ən çox tələb olunan “Zirə” pomidorudur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm