İqtisadi gündəm
Ukrayna "Qazprom"un əmlakından 6,7 mlrd. dollar cərimə tutacaq
Kiyev şəhər Təsərrüfat Məhkəməsi Antiinhisar Komitəsi və Ədliyyə Nazirliyinin icra xidmətinin iddiasını təmin edərək Rusiyanın "Qazprom" şirkətindən 6,7 mlrd. ABŞ dolları həcmində cərimənin tutulması qərarının həyata keçirilməsi qaydasına dəyişiklik edib.
Publika.az report-a istinadən xəbər verir ki, bu barədə
məlumatı Ukraynanın ədliyyə naziri Pavel Petrenko
verib.
Petrenko bildirib ki, "əgər əvvəl "Qazprom"un bank hesablarından
cəriməni tutmaq mümkün idisə, indi artıq borclunun bütün əmlakından
tutula biləcək". Nazir məhkəmə qərarının yaxın günlərdə
ictimaiyyətə açıqlanacağını qeyd edib.
Xatırladaq ki, 2016-cı ilin fevral ayında Ukrayna Antiinhisar
Komitəsi "Qazprom" şirkətini 85,9 mlrd. qrivna (3,36 mlrd. dollar)
cərimələyib. Buna səbəb kimi, iqtisadi rəqabətin qorunması haqqında
qanunun tələblərinin pozulması göstərilib. Daha sonra Komitə
cəriməyə 100% dəbbə əlavə edib. Dekabrda Məhkəmə Komitənin
iddiasını təmin edib və "Qazprom"dan 172 mlrd. qrivna (6,7 mlrd.
dollar) cərimə tutulmasına qərar verib. Bu ilin avqust ayında
"Qazprom" Ukrayna Ali Məhkəməsinə qərara yenidən baxılması üçün
müraciət etsə də imtina cavabı alıb.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?