Millət vəkili: "Pensiyaların artımı üçün illik pensiya rəqəmini qaldırmaq lazımdır"
Bizi izləyin

İqtisadi gündəm

Millət vəkili: "Pensiyaların artımı üçün illik pensiya rəqəmini qaldırmaq lazımdır"

"Artıq pensiya almaqdan ötrü staj müddəti artıb. Pensiyaların artımı üçün hər ilə görə pensiya rəqəmini də artırmaq lazımdır. Bildiyim qədəri ilə bu rəqəm hər ilə 5 manatdır".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli Milli Məclisdə müzakirələr zamanı söyləyib.

O, işsizliyə görə növbəti ildən tətbiq ediləcək müavinətlərlə bağlı bir sıra məsələlərin sual doğruduğunu deyib:

“Mənim üçün maraqlıdır ki, işsizliyə görə müavinətlərə kimlər cəlb ediləcək? Bunlar Məşğulluq xidməti tərəfindən müəyyən edilən şəxslər olacaq? Hazırda işsizliyə görə müavinət alanlar bu siyahıya alınacaqmı? Bu vaxta qədər işsizliyə görə müavinət hər ay 149 manat olub. Lakin bundan sonra vəsaitin necə olacağı bəlli deyil. İşsizliyə görə 14 milyion vəsait ayrılır ki, bu da 4-5 min adamı işlə təmin etməyə imkan verir. Nə üçün işləyən şəxslərin vəsaitləri işsiz əhaliyə yönləndirilməlidir?”

Millət vəkili əlillərin müavinətlərin artırılması istiqamətində işlər aparılmasının vacibliyinə də diqqət çəkib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm