Aİ-dən "Bitcoin"lə bağlı SƏRT QAYDALAR - Virtual valyuta batacaq
Bizi izləyin

İqtisadi gündəm

Aİ-dən "Bitcoin"lə bağlı SƏRT QAYDALAR - Virtual valyuta batacaq

Avropa İttifaqı (Aİ) “Bitcoin” da daxil olmaqla, virtual valyutaların istifadə edildiyi terror və çirkli pulların yuyulması cinayətlərinin qarşısını ala bilmək üçün sərt qaydalar qəbul edib.

Publika.az xəbər verir ki, mövzu Avropa Parlamenti və Avropa Dövlət və Hökumət Rəhbərləri Şurasında müzakirəyə qoyulub.

Müzakirədə virtual valyutaların terror və çirkli pulları yumaq üçün dövriyyəyə buraxıldığı bildirilib. Aİ-nin idarəçi qolu olan Avropa Komissiyası 2015 və 2016-cı illərdə Brüssel, həmçinin, Parisdə baş verən terror hücumlarının “Bitcoin” və digər kripto-valyutalar ilə maliyyələşdirilməsini diqqət mərkəzinə çəkib.

Aİ ədliyyə komissarı Vera Yurova isə bu cür hadisələrin önünə keçmək üçün onları maliyyələşdirən vasitələrin yığışdırılmasının vacib olduğunu deyib.

Qeyd edək ki, Aİ hələ “Cənnət qəbzləri” və “Panama sənədləri” ictimaiyyətə sızdırılanda çirkli pulları yuma və vergi qaçaqçılığı mövzularında işlər görəcəyini bildrimişdi.

Zümrüd

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm