8,3 milyard manatlıq alış-veriş edilib
Bizi izləyin

İqtisadi gündəm

8,3 milyard manatlıq alış-veriş edilib

8,3 milyard manatlıq alış-veriş edilib

Bu ilin yanvar-may aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 8,3 milyard manatlıq ( 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çox) əmtəə satılıb.

Publika.az xəbər verir ki, istehlak mallarının 51,3 faizini qida məhsulları, içkilər və tütün məmulatları, 48,7 faizini qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,7 faiz bəndi artıb.

Cari ilin beş ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-may aylarına nisbətən 20,6 faiz artaraq 1,1 milyon manat olub. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 79,7 faizini hüquqi, 20,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,8 faizini qeyri-ərzaq malları təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm