Ohanyandan geri çəkilmək mesajı
Bizi izləyin

İqtisadi gündəm

Ohanyandan geri çəkilmək mesajı

Xocalı soyqırımının əsas cəlladlarından olan erməni müdafiə naziri Seyran Ohanyan həmişə müharibə ritorikası ilə danışsa da, son günlər Qarabağı Azərbaycana qaytara biləcəklərinə işarə vurub.

ANS PRESS-in məlumatına görə, bu günlərdə İrəvanda jurnalistlərin qarşısında çıxış edən Ohanyan əvvəlcə yenə də müharibə ritorikasında danışıb və erməni torpağının “hər qarışı uğrunda döyüşəcəklərini” iddia edib.

Amma erməni nazirin sonrakı sözləri bunun tam əksinə olub və Ermənistan ordusunun işğal etdiyi ərazilərdən çıxa biləcəyinə işarə vurub. O, bunun dialoq mövzusu olduğunu söyləyib: “Tərəflər arasında dialoq elə səviyyəyə çatmalıdır ki, verəcəyimiz torpaqlar əvəzində nə alacağımız aydın olsun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm