PA rəhbərinin müavini Ağdama gedərkən qəzaya düşdü-Yenilənib
Bizi izləyin

İqtisadi gündəm

PA rəhbərinin müavini Ağdama gedərkən qəzaya düşdü-Yenilənib

Xəstəxanadan APA-ya verilən məlumata görə, çənə və alın nahiyəsindən müxtəlif xəsarətlər alan Z. Nağdəliyev helikopterlə Bakı şəhərinə göndərilib.



Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.



Qeyd edək ki, Z. Nağdəliyevin Kürdəmir rayonu ərazisində avtomobil qəzasına düşdüyü barədə ilk olaraq musavat.com saytı məlumat yayib.

21:59

Prezident Administrasiyası rəhbərinin müavini, Ərazi İdarəetmə şöbəsinin rəisi Zeynal Nağdəliyev Kürdəmir ərazisində yol qəzası keçirib.

Bu barədə "Musavat.com"a hadisə şahidlərindən biri məlumat verib. Onun deməsinə görə, cənab Nağdəliyev Kürdəmir xəstəxanasına aparılıb. Dövlət məmurunun BMW markalı maşını VAZ 21015 markalı "Jiquli" ilə toqquşub. Z.Nağdəliyevin və onunla toqquşan maşındakıların durumu haqda əlavə məlumat ala bilmədik.

Xatırladaq ki, ölkənin rəhbər heyəti bu gün günortadan başlayaraq cəbhə xəttinə yollanmaqdadır. Z.Nağdəliyev də bu məqsədlə Ağdama gedirmiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm