Kazimirov Rusiyanın Qarabağ istəyini açıqladı
Bizi izləyin

İqtisadi gündəm

Kazimirov Rusiyanın Qarabağ istəyini açıqladı

Öz ermənipərəst mövqeyi ilə seçilən ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş üzvü Vladimir Kazimirov Dağlıq Qarabağ münaqişəsi və prezidentlərin Soçi görüşü ilə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, medianın suallarını cavablandıran Kazimirov prezidenlərin ikitərəfli görüşlərinin baş tutmasının təmas xəttindəki gərginliyinin azalmasında mühüm rol oynayacağını dilə gətirib. Erməni jurnalistlərin “son zamanlar Rusiyanın digər həmsədr ölkələri münaqişənin həllindən kənarlaşdırmaq arzusunda olması” ilə bağlı sualına cavabında Kazimirov gülüşlə cavab verib və bu cür bəyanatları absurd adlandırıb:

“20 ildir ki, Dağlıq Qarabağ məsələsi Kremlin gündəmində önəmli yer tutur. Unutmayın ki, məhz Rusiyanın sayəsində 20 il əvvəl atəşkəs əldə olunub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm