Ərdoğanı ordu bitirəcək – Ekspert
Bizi izləyin

İqtisadi gündəm

Ərdoğanı ordu bitirəcək – Ekspert

Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi ilə Türkiyədə parlamentar demokratiya rəsmən bitdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Fərhad Mehdiyev yazıb. O, qeyd edib ki, Ərdoğan birinci turdaca president seçilməsi bir qədər gözlənilməz oldu: “Düşünmək olardı ki, kürdlər Dəmirtaşa səs verəcəklər, ikinci turda isə Ərdoğanla bazarlıq edəcəklər. Amma görünən budur ki, kürdlər elə birinci turda Ərdoğana səs verdilər.

Bununla da Türkiyədə parlamentar demokratiya rəsmən bitdi. Ərdoğan bundan sonra qarşısına bu məqsədləri qoyub:

1. Gülən camaatını və Doğan Holdingi bitirmək, Koç ailəsini də özünə tamamilə biət etdirmək.

2. Parlamenti erkən seçimlərə aparmaq.

3. Yeni parlamentdə 2/3 səs çoxluğunu topladıqdan sonra Konstitusiya dəyişikliyini referenduma çıxartmaq.

4. Yeni Konstitusiya ilə federal prezident idarəetməsini gətirmək”.

Politoloqun fikrincə, ya Ərdoğan Türkiyəni 2-3 il "tək adam" prinsipi ilə idarə etdikdən sonra ordu tərəfindən vəzifədən uzaqlaşdırılacaq və Türkiyə təkrar parlament respublikasına geri qayıdacaq, ya da – daha az ehtimal olunan - Gəzi kimi bir hadisə ortaya çıxacaq və AKP hökumətini bitirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm