Erməni ordusunda ərzaq korrupsiyası
Bizi izləyin

İqtisadi gündəm

Erməni ordusunda ərzaq korrupsiyası

“Ermənistan-Azərbaycan sərhəddində vəziyyət kəskinləşəndən sonra bizim ölkənin Müdafiə Nazirliyinin əlinə yeni korrupsiya layihələrini həyata keçirmək üçün əla fürsət düşüb”.

Publika.az xəbər verir ki, bunu Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti yazıb.

Qəzet xatırladır ki, cəbhə bölgəsində vəziyyət kəskinləşən kimi Ermənistanın Müdafiə Nazirliyi komandirlər üçün tələm-tələsik hərbi toplanışlar təşkil edib, bu məqsədlə ehtiyatda olan zabitlərə çoxsaylı çağırış vərəqələri göndərilib.

“Joxovurd” qəzeti yazır: “Ermənistan generallarının bu məramı heç də xoş məram deyil. Onlar ölkənin bütün ehtiyat qüvvələrini səfərbərliyə alarkən guya öz zabitlərini müharibə vəziyyətinə hazırlayırlar, onların hərbi vərdişlərinin yüksəldiməsinin qayğısına qalırlar? Əlbəttə ki, yox. Burada söhbət Sərkisyanın kriminal-korrupsioner rejiminin yeni fırıldaqlarından gedir. Bu fırıldaqlar erməni xalqına və dövlətinə qarşı çıxmaqdır. Sərkisyan hakimiyyəti yenə də dövlətin cibinə girib və xalqın sərvətini Qarabağın müdafiəsi şüarı adı altında talayır”.

Erməni nəşrinin verdiyi məlumata görə, Ermənistanın Müdafiə Nazirliyi ehtiyatda olan zabitlərin toplanışlarına qatılacaq hərbçilərin ərzaq xərclərinə guya 3 milyon dram xərcləyib: "Bu pula guya 600 nəfər üçün ərzaq alınıb. Bu da adambaşına 5 min dramlıq ərzaq deməkdir. Bəs bu ərzaq haradan, kimin vasitəsilə alınıb? Maraqlıdır ki, hərbçilər üçün ərzaq alınmasını ənənəvi olaraq “Zinar” şirkəti təşkil edir. O da maraqlıdır ki, Müdafiə Nazirliyinin keçirdiyi bütün tenderlərin qalibi nədənsə yalnız bu şirkət olur. Səbəb aydındır: həmin şirkət müdafiə naziri Seyran Ohanyanın yaxın adamlarına məxsusdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm