Rusiyalı ekspert: “ABŞ Uelsdə Ermənistan və Azərbaycana xatırlatdı ki...”
Bizi izləyin

İqtisadi gündəm

Rusiyalı ekspert: “ABŞ Uelsdə Ermənistan və Azərbaycana xatırlatdı ki...”

“ABŞ Uelsdə Ermənistan və Azərbaycana xatırlatdı ki, Rusiya ən vacib tərəf deyil”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Moskva Karnegi Mərkəzinin Elmi Şurasının üzvü, professor, tanınmış politoloq Aleksey Malaşenko Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə Uelsdə keçirilən görüşünü şərh edərkən deyib.

O, qeyd edib ki, Qarabağ münaqişəsinin nizama salınmasında ABŞ-ın aktivləşməsi Soçidə keçirilən görüşün nəticəsidir. Rusiyalı ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların yenilənmə ehtimalını çox aşağı qiymətləndirir.

Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü şərh edən A.Malaşenko bildirib ki, Ermənistana Rusiyanın yanından gedəcək başqa yeri yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm