İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü - Video
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü - Video

Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Gürcüstanın Baş nazirinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edildi.

Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm