İqtisadi gündəm
Azərbaycan Tiflisdə Ermənistanın cavabını verdi (FOTO)
Sentyabrın 11-12-də Tiflisdə “Cənubi Qafqazda din və
etiqad azadlığı” mövzusunda beynəlxalq konfrans
keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən
məlumata görə, Niderland Xarici İşlər Nazirliyi, BMT-nin insan
hüquqları üzrə ali komissarının ofisi və Azlıqların məsələləri üzrə
Avropa Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransın
məqsədi Cənubi Qafqazda vicdan azadlığı ilə bağlı mövcud vəziyyəti
müzakirə etmək və dini icmalar arasında əməkdaşlıq istiqamətində
fikir mübadiləsi aparmaqdan ibarət olub.
Konfransda Azərbaycan, Gürcüstan və Ermənistandan müvafiq dövlət
qurumlarının nümayəndələri və müxtəlif dini konfessiyaların
təmsilçiləri iştirak ediblər. Konfransa Azərbaycandan Prezident
Administrasiyasının, Ombudsman Aparatının, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin, eləcə də ölkədə fəaliyyət göstərən əksər dini
konfessiyaların nümayəndələrindən ibarət heyət qatılıb.
Nümayəndə heyəti konfransdan öncə ulu öndər Heydər Əliyevin
Tbilisidəki abidəsini ziyarət edib və Qafqaz Müsəlmanları
İdarəsinin Gürcüstan nümayəndəliyində olub.
Tədbirin birinci günü Ombudsman Aparatının sektor müdiri Rəşid
Rumzadə, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullah,
Azərbaycan Avropa Yəhudiləri dini icmasının ravvini Şneor Seqal
Azərbaycanda mövcud dini vəziyyət, dövlətin dini icmalara qayğısı,
ölkəmizin tolerantlıq ənənələri, dini konfessiyalar arasında
əməkdaşlıq mühiti barədə çıxış ediblər.
Konfransın ikinci günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Gündüz İsmayılov, Alban-Udin dini icmasının sədri
Robert Mobili, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan
yeparxiyasının nümayəndəsi Mifodi, “Həyat sözü” dini icmasının
müavini Elçin Paşayev, QMİ-nin şöbə müdiri Zülfüqar Fərzəliyev
sadalanan mövzularda məruzə ediblər.
Dövlət Komitəsinin sədr müavini G.İsmayılov təqdimat zamanı
ölkəmizdə dini durumla bağlı ümumi mənzərə, Azərbaycanda din-dövlət
münasibətləri sahəsində qanunvericilik, ölkəmizin din siyasəti,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini icmaların
fəaliyyətinin istiqamətləndirilməsi və onlara yardım göstərilməsi
istiqamətində gördüyü işlər barədə məlumat verib.
G.İsmayılovun Azərbaycan torpaqlarının işğalı nəticəsində dini
abidələrimizin dağıdılması və insan hüquqlarının pozulması barədə
Azərbaycan həqiqətlərini konfrans iştirakçılarına çatdırması erməni
nümayəndə heyətini qıcıqlandırıb. Onların Azərbaycan nümayəndə
heyəti tərəfindən ölkəmizdəki tolerantlıq barədə məlumatların guya
şişirdilməsi fikirlərinə sədr müavini G.İsmayılov cavab verərək
bildirib ki, onun özü 10 yaşında ikən Laçın rayonundan məcburi
köçkün kimi Bakı şəhərinə gəlib və hazırda yaşadığı bu şəhərdə
azərbaycanlılarla bərabər ermənilər də yaşayır, Bakının
mərkəzindəki erməni kilsəsi isə dövlət tərəfindən bərpa edilib. O,
erməni iştirakçılara ritorik sual ünvanlayıb: “Ermənistanda bir
nəfər də olsun azərbaycanlı və ya bir dənə Azərbaycan məscidi
varmı?”
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan