İlham Əliyev Səudiyyə kralını və naziri təbrik etdi
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev Səudiyyə kralını və naziri təbrik etdi

18:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Publika.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

"İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən böyük məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və firavanlıq arzulayıram".

***

18:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm