• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Fransız nəşri: “Çeçenlər Suriyada Rusiyadan qisas alırlar”

Fransız nəşri: “Çeçenlər Suriyada Rusiyadan qisas alırlar”

“Onlar şeirləri xəncərlərinə həsr edirdilər. Onlar xəncərləri daha çox sevirdilər, nəinki arvadlarını. Qisas onların inamı idi”.

Publika.az-ın xəbər verir ki, Fransanın “Le Nouvel Observateur” nəşri bu sözləri ingilis yazıçısı Lesli Blanşdan sitat gətirib.

“Le Nouvel Observateur” nəşri qeyd edir ki, XIX əsrdə yaşayan Qafqaz döyüşçülərinin bu təsviri aktuallığını indi də itirmir.

“Çeçen döyüşçüləri bu gün yenidən əllərində silah Yaxın Şərqdə meydana çıxırlar. Onlar igidliklərinin nümayişi üçün bu gün Suriya və İraqı yeni döyüş sahəsinə çeviriblər. Rusiya hərbi maşınının zərbələri altında “qəzavat”dan (inam uğrunda müqəddəs müharibə) məhrum olan Qafqaz könüllüləri indi bütün dünyada, həmçinin “İslam Dövləti”ndə Allah naminə müqəddəs müharibə aparırlar. Çeçenlər bu dəfə doğma torpaqlarında vuruşmaq imkanlarına malik deyillər, onlar Moskva tərəfindən dəstəklənən Suriya rejiminə qarşı çıxaraq Rusiya ilə hesablaşmağa çalışırlar. Şərq onlara özlərinin epopeyasında bir neçə yeni səhifə yazmağa imkan verəcək. Çeçenlər ilk dəfə öz torpaqlarından kənarda vuruşurlar, onlara artıq ailəsi və xalqın təhlükəsizliyindən narahat olmaq lazım deyil”, - deyə fransız nəşri bildirir.

Təxmini hesablamalara görə, hazırda Suriya və İraqda 1500-ə qədər çeçen döyüşür. “Hərçənd onların dəqiq sayını demək çətindir. Çünki onlar hər gün gəlirlər və gedirlər”, - deyə tarixçi-politoloq Mayrbek Vaçaqayev qeyd edib. Onun sözlərinə görə, onlardan yalnız 10 faizi Çeçenistan Respublikasından gələnlərdir. Çox hissəsi (50-60 faizə qədər) Yaxın Şərqdən, xüsusilə Türkiyədən və Suriyadan gəlib.

Bunlar iki çeçen müharibəsinin qaçqınları və XIX əsrində Ruisiyanın işğalından sonra xarici ölkələrə gedən çeçen diasporanın nümayəndələridir. Bu təcrübəli və qətiyyətli insanlar qorxunc gücü təşkil edirlər. Qalanları (20-30 faizə qədər) isə Qərbi Avropadan (orada demək olar ki, 200 min çeçen qaçqını var), ilk növbədə Avstriya, Almaniya və Belçikadan gələnlərdir.

“Le Nouvel Observateur” nəşri qeyd edir ki, çeçen döyüşçülərinin sayı heç vaxt xüsusi rola oynamayıb: “XIX əsrdə bir ovuc çeçen çar batalyonlarının irəliləyişinə inadla müqavimət göstərirdi. 1994 və 1999-cu illərdə qüdrətli Rusiya ordusunun 100 min əsgərinə cəmi bir neçə min çeçen cavab verirdi. Moskva kiçik Çeçenistan Respublikasını (iki fransız departamenti ölçüsündə) yatırdı, əhalisini boşaltdı, qəbilə və dini düşmənçiliyini yandırdı, “millətçilər”ə qarşı “musəlmanlar”ı gizli gizli şəkildə dəstəklədi... Yalnız bu yollarla üsyançı hərəkara ləğv edə bildi”.

Fransız nəşri bildirir ki, hazırda “İslam Dövləti”nin Suriya və İraqda apardığı asimmetrik müharibədə hiylə, sürət və dəqiqlik həlledici rol oynayır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR