Bu günün havası
Bizi izləyin

İqtisadi gündəm

Bu günün havası

Bu gün Bakıda və Abşeron yarımadasında yağış yağacağı, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 6-9, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Dağlıq ərazilərdə sulu qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm