İqtisadi gündəm
Müdafiə naziri cəbhə bölgəsində - FOTO
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov müdafiənin ön xətti boyunca yerləşən hərbi hissələrin hazırlıq səviyyəsinin yoxlanılmasını davam etdiriblər.
Publika.az-ın məlumatına görə, oktyabrın 28-də Müdafiə Nazirliyinin rəhbərliyi gün ərzində birlik və birləşmələrin zabit heyətilə görüşərək, vəziyyətlə yerində tanış olub, qərargahlar tərəfindən tapşırıqların icrasını yoxlayıb, hərbi texnikanın döyüşə hazırlıq vəziyyəti, hərbi qulluqçuların gününün nizam qaydalarına uyğun fəaliyyəti və sosial-məişət şəraiti ilə maraqlanıblar.
Müdafiə Nazirliyinin rəhbərliyi aparılan irimiqyaslı yeni tikinti və əsaslı təmir-bərpa işlərinin vəziyyəti ilə tanış olaraq Azəbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tövsiyələrinə əsasən bölgədə yerləşən hərbi hissələr üçün müasir standartlara cavab verən qərargah binaları, idarəetmə infrastrukturları, hərbi texnikalar üçün isidilən saxlanclar, o cümlədən şəxsi heyətin təhlükəsiz və rahat şəraitdə xidmətinin təşkili məqsədilə əsgər kazarmaları, yeməkxanalar, tibb məntəqələri, çörəkbişirmə sexi, mağazalar, idman şəhərcikləri və digər məişət obyektlərinin inşasına keyfiyyət baxımından xüsusi diqqət yetirilməsinə göstəriş verib. Bildirilib ki, əsgər kazarmaları otaq tipli olmaq şərtilə istirahət və psixoloji-ideoloji otaqlardan, həmçinin sanitar qovşaq, hamam-camaşırxana, qazanxanalardan ibarət olacaqdır.
Eyni zamanda hərbi qulluqçuların və onların ailə üzvlərinin rahatlığının təmin olunması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə dünya ordularının qabaqcıl təcrübəsinə əsaslanaraq tikilən hərbi şəhərciklərdə ailəvi və subay heyət üçün yaşayış binalarının, uşaq baxçalarının, məktəblərin, idman komplekslərinin və ailəvi istirahət mərkəzlərinin inşası da mühüm vəzifə kimi qarşıya qoyulub.
Görülən işlərin 2015-ci ilin yay ayları ərzində başa çatdırılması planlaşdırılır.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı