Kreml azərbaycanlı milyonçuların həbsinə start verib
Bizi izləyin

İqtisadi gündəm

Kreml azərbaycanlı milyonçuların həbsinə start verib

Rusiyada azərbaycanlı oliqarxların sərvətinin mənimsənilməsi prosesi başlayıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Komi respublikasının deputatı, ““Uxtaneftqazgeologiya” ASC-nin baş direktoru Akif Sayadovun həbsi ilə bağlı danışarkən deyib.

O, Rusiyada hazırda varlıların pulunun əlindən alınmasının səbəblərinə aydınlıq gətirib:

“Hazırda azərbaycanlıların maliyyə resurslarının tükədilməsinə yönəldilmiş və dövlət səviyyəsində aparılan siyasət mövcuddur. Rusiya bu dəqiqə ağır maliyyə problemləri ilə baş-başa qalıb. Neftin qiymətinin düşməsi büdcənin aktiv şəkildə boşaldılmasına gətirib çıxardır. Belə bir məqamda Kreml ilk növbədə azərbaycanlı oliqarxların və bir sıra orta səviyyəli iş adamlarının üzərinə düşərək onların maliyyə resurslarının qeyri-qanuni sürətdə mənimsənilməsinə başlayıb. Rusiyada bu dəqiqə varlıların var-dövlətinin əlindən alınması prosesi gedir. Bu isə Putinin şəxsi göstərişi ilə həyata keçirilir. Məqsəd isə ondan ibarətdir ki, boşaldılmış büdcə bunun hesabına doldurulsun və yenidən böyük dövlətçilik ideyasını həyata keçirilə bilsinlər”.

Qeyd edək ki, artıq neçə gün əvvəl Komi respublikasının deputatı olan şirkət sədri Akif Sayadov həbs olunub. Sonucunun həbsinə əsas səbəb kimi maliyyə fırıldaqları və beynəlxalq terrorizmə dəstək verməsi göstərilir. Həmçinin Sayadovun işinin bir müddət Moskvada həbs olunmuş 6 vəhhabi azərbaycanlının işi ilə birgə araşdırıldığı xəbərləri də yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm