Qərbi Afrikada Ebolaya yoluxma halları azalıb
Bizi izləyin

İqtisadi gündəm

Qərbi Afrikada Ebolaya yoluxma halları azalıb

BMT-nin Ebola virusu ilə mübarizə səylərini artırması nəticəsində Qərbi Afrikada Ebola virusuna yoluxma halları azalır.

Publika.az-ın məlumatına görə, bu barədə Qvineyanın Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin Ebola üzrə koordinatoru Əbubəkir Sidiki Diakite deyib ki, Qvineya, Syerra Leone və Liberiyada yeni yoluxma hallarının sayı azalıb. O deyib ki, indi onlar Ebola xəstələri ilə əlaqədə olmuş insanları qeydiyyata almaq çətinliyi ilə üzləşirlər.

Qeyd edək ki, İsveçrə xəstəxanasında tədqatçılar GlaxoSmithKline şirkətinin hazırladığı Ebola vaksinini sınaqdan keçirməyə başlayıb. 120 sağlam könüllü bu sınaqda iştirak edib. Eyni vaksin üzərində ABŞ, Britaniya və Malidə də sınaqlar keçirilir.

Bu virusdan indiyədək əsasən Liberiya, Sierra Leone və Qvineya olmaqla, 5 min insan ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm