Bayrağımız havaya qaldırıldı
Bizi izləyin

İqtisadi gündəm

Bayrağımız havaya qaldırıldı

Dövlət Bayrağı Günü ilə bağlı bazar günü Azərbaycanın ən böyük bayrağı ictimaiyyətin iştirakı ilə havaya qaldırılıb.

Trend-in məlumatına görə, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanında Azərbaycan bayrağı ucaldılıb.

Tədbir səhər saatlarında hərbi orkestrın musiqi sədaları və uşaq xorunun dövlət himnini səsləndirilməsi ilə başlayıb. Mərasim ictimaiyyətə açıq olub

Nəhəng bayraq onlarla insanin çiynində meydana gətirilib və 162 m hündürlüyə qaldırılıb.

Qeyd edək ki, Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm