İqtisadi gündəm
Nazir şikayətçilərlə görüşdü
Nazirliyin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, görüş nazirliyin 142 qaynar xətti vasitəsilə müraciət edən vətəndaşları, həmçinin nazirlikdə yaradılmış VC (videokonfrans) sistemi vasitəsilə müxtəlif bölgələrin sakinlərin çikayətlərini cavablandırmaq məqsədilə təşkil olunub. Nazir Fizuli Ələkbərov ilk öncə bildirib ki, 15 İyun - Milli Qurtuluş günü barədə məlumat verib, görülən işlərdən danışıb.
Müraciətlər araşdırılarkən məlum olub ki, ayrı-ayrı vətəndaşlar
zəruri sənədləri toplayaraq təqdim edə bilmədiklərinə görə onlara
ünvanlı yardım, yaxud əlillik təyinatının aparılmasının mümkün
olmayıb.
Bununla yanaşı, müraciətlərin bir qismində əksini tapan
narazılıqların əsaslı olduğu qeyd olunub. Yerli strukturların bəzi
əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə
biganə və səhlənkar münasibət göstərildiyi, belə halların, eyni
zamanda bəzən vətəndaşa lazımı şəkildə izahat verilməməsinin
vətəndaşların müxtəlif instansiyalara şikayət xarakterli
müraciətlər etməsinə şərait yaratdığı müəyyən edilib.
Nazir Fizuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan
halların aradan qaldırılması, hər bir vətəndaşın müraciətinin
diqqətlə araşdırılması və müraciətlərdə qaldırılan məsələlərin
qanunvericiliyin tələblərinə uyğun həll olunması ilə bağlı müvafiq
sturukturlara tapşırıq verib.
Qəbul zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial
imkanlara malik olan ailələr də müəyyən edilib və onların gələcəkdə
aktiv sosial müdafiə tədbirlərinə, «Özünədəstək»proqramına, eləcə
də bu il işə salınacaq sosial kreditləşmə proqramına cəlb
edilmələri qərara alınıb.
Bu ilin 5 ayı ərzində nazirliyə 142 Qaynar xətt vasitəsilə 1799,
elektron xidmətlər vasitəsilə 955 müraciət daxil olub. Həmin
müraciətlərlə bağlı məqsədyönlü tədbirlər görülüb.
Kifayət
Publika.Az
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO