ARDNŞ-də 20 tələbənin məsələsi müzakirə olunub
Bizi izləyin

İqtisadi gündəm

ARDNŞ-də 20 tələbənin məsələsi müzakirə olunub

İyunun 12-də ARDNŞ-nin xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib. Publika.Az-ın məlumatına görə, iclasda Dövlət Neft Şirkətinin maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil almaq üçün müraciət etmiş 20 tələbənin namizədliyi müzakirə olunub.

2012-2013-cü tədris ili üçün Böyük Britaniya, Hollandiya və Norveçin nüfuzlu universitetlərinə qəbul olmuş tələbələr Komissiya üzvlərinin suallarını cavablandırıb, həmin ixtisaslar üzrə oxumaq istəklərini əsaslandırıblar.

Daha sonra ARDNŞ Təqaüd Proqramı üzrə dünyanın ən nüfuzlu universitetlərindən olan Fransa Neft İnstitutu (IFP) və Böyük Britaniyanın Edinburq Universitetində iqtisadiyyat ixtisas qrupu üzrə təhsilini başa vurmuş 2 məzunun (1 bakalavr, 1 magistr) hesabat xarakterli təqdimatları dinlənilib.

Komissiya hazırda xaricdə təhsil alan bir ARDNŞ təqaüdçüsünün cari problemlərini də müzakirə edib.

Bu günədək ARDNŞ-nin Təqaüd Proqramına 172 nəfər cəlb olunub. Onlardan 90 nəfər təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. 82 nəfər isə təhsilini başa vuraraq geri qayıdıb, ARDNŞ-nin idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunublar.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm