Publika.Az-a sürpriz mükafat verildi
Bizi izləyin

İqtisadi gündəm

Publika.Az-a sürpriz mükafat verildi

"Avrasiya" Araşdırma Rəy Mərkəzi Respublikada "Qızıl Kürə" Mükafatı uğrunda respondentlər arasında sorgular kecirib.

Publika.Az-a verilən məlumata görə, "Qızıl Kürə" Mükafatı uğrunda kecirilən sorguda iştirak edən respondentlərin 17% iş adamı, 15% elm xadimləri, 17% məmurlar, 19% tələbələr, 3% işsizlər, 29% müxtəlif peşə sahibləridir.

Respondentlərin 52.7% kişilər, 47.3% qadınlar təşkil edib.

"Qızıl Kürə" Mükafatı uğrunda kecirilən sorğunun qalibləri aşağıdakılardır.

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti-Azərbaycanda aparılan yüksək səviyyəli dövlət quruculuğu və iqtisadi inkişafına görə.

Əli Abbasov – Rabitə və İnformasiya texnologiyaları naziri - Respublikada rabitə sisteminin modernləşdirilməsindəki xidmətlərinə görə.

Hüseynqulu Bağırov - Ekologiya və təbii sərvətlər naziri - Respublikanın təbii sərvətlərindən səmərəli istifadə edilməsində və ətraf-mühitin qorunmasında xidmətlərinə görə.

Qərib Məmmədov – Torpaq və Xəritəçəkmə Komitəsinin sədri - Respublikada torpaq islahatların aparılmasında və torpaq ehtiyyatlarından səmərəli isfadəsində xidmətlərinə görə

Ramiz Zeynalov –Respublika Yol Polis İdarəsinin rəisi- "Təhlükəsiz yol" tədbirlərinin kecirilməsində xidmətlərinə görə

Cavid Qurbanov - "Azəryolservis" ASC-nin sədri-Azərbaycanda yol infrastrukturunun müasirləşməsində xidmətlərinə görə.

Abel Məhərrəmov – Millət vəkili – Azərbaycan elminin təbliği və inkşafında göstərdiyi xidmətlərinə görə

Novruz Aslanov - millət vəkili- Aztəminatlı seçicilərinin problemlərinin həllində göstərdiyi xidmətlərinə görə.

Süleyman Mikayılov - Qaradağ rayonunun İcra Hakimiyyətinin başçısı - Qaradag rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə

Arzuman Muradlı – iqtisadçı alim - Ulu Öndərimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsindəki xidmətlərinə görə.

Qalib Salahzadə - millət vəkili - Xeyriyyə tədbirlərinin keçirilməsində və uşaq evlərinin himayəsində xidmətlərinə görə.

Bəhruz Quliyv – "Səs" İnformasiya Agentliyinin direktoru - Milli Mətbuatımızın formalaşması və inkişafındakı xidmətlərinə görə.

Tənzilə Rüstəmxanlı – Azəri-Türk Qadınlar Birliyinin sədri – Türk dünyasının birliyi və Azərbaycanın dünyada təbliğində göstərdiyi xidmətlərinə görə.

Adil Əliyev – Millət vəkili - Azərbaycanda uğurlu ictimai-siyasi fəaliyyətinə görə.

Müşviq Atakişiyev - "Təfəkkür" Universiteti - Təhsil sahəsində beynalxalq əlaqələrin qurulmasında müstəsna xidmətlərinə görə.

Aslan Cəfərov –Millət vəkili - Milli məclisdə ugurlu fəaliyyətinə görə.

Tofiq Zeynalov – Tovuz rayonunun İcra Hakimiyyətinin başçısı – Tovuz rayonunun sosial-iqtisadi inkşafında xidmətlərinə görə.

Nəsib Quliyev - ET Pediatriya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor- Körpələrin sağlamlığının təmin olunmasında və valideynlərin maarifləndirilməsində fəaliyyətinə görə.

Əhəd Abıyev – Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı –Daşkəsən rayonunun sosial-iqtisadi inkşafındakı xidmətlərinə görə.

Əli İsa Hacı oglu Ağaevli - Respublikanın ictimai-siyasi və mədəni həyatındakı aktiv fəaliyyətinə görə.

"Dar Əl Bir" Beynəlxalq Humanitar Təşkilatı – Şəffaf fəaliyyət sistemi və xeyriyyəçilik fəaliyyətinə görə.

Siraqəddin Cabbarov - Saatlı rayon İcra Hakimiyyətinin başçısı – Saatlı rayonunu sosial-iqtisadi inkşafında xidmətlərinə görə.

Füzuli Musayev – Sağlam gəncliyin yaranmasında və formalaşmasında xidmətlərinə görə.

Yaşar Məmmədov – Ucar rayonunun İcra Hakimiyyətinin başçısı – Ucar rayonunun sosial-iqtisadi inkşafında xidmətlərinə görə

Fərid Şahbazlı - Azərbaycan gənclər arasında fəal və səmərəli fəaliyyətinə görə.

Məlahət Qurbanova –"Məlahət" firmasının direktoru - Azərbancan ədəbiyyatının inkişafında xidmətlərinə görə

Seyid Tahir Qarabaği - Azərbaycanda milli mənəvi dəyərlərə bağlı gəncliyin formalaşmasında və dini dözümlülüyün təbliğindəki fəaliyyətinə görə.

Baba Tagıyev - Dünya Azərbaycanlılarının həmrəyliyi istiqamətində məqsədyönlü xidmətlərinə görə.

Xoşqədəm Baxşəliyeva - Televiziya sahəsində uğurlu lahiyəsinə görə.

Neftçilər Xəstəxanası - Tibb müəssisəsində yüksək tibbi xidmətin göstərilməsindəki xidmətlərinə görə.

Elmar Məmmədov - "Kapital bank"ın İdarə Heyətinin sədri - Azərbaycanda bank sisteminin inkşafında və təkmilləşdirilməsidə xidmətlərinə görə.

Şahin Mövsümov - "AS GROUP"un sədri - Tikinti sənayesində keyfiyyətli malların istehsalına görə.

Hüseyin Büyükfırat – "Büyükfırat" Restoranlar Şəbəkəsinin rəhbəri- Azərbaycanda dünya standartlarına uyğun restoran şəbəkəsinin qurulmasındakı xidmətlərinə görə.

Elçin Orucov - Milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəsilin formalaşmasında göstərdiyi xidmətlərə görə.

İsmayıl Şabani - AvirTell MMC-nin prezidenti- Yüksək keyfiyyətli Dial up, ADSL İnternet Access və 088 Toll Free xidmətlərinə görə.

Nadir İsmayılov - "Zamin Bank"-Azərbaycanda bank sektorunun müasirləşməsində və təkmilləşdirilməsində fəaliyyətinə görə.

Elxan Bəşirov "Mətanət- A" şirkəti - Müasir, dünya standartlarına və tələblərinə uyğun istehsal görə.

Vahab Mehdiyev - "Dəvəli" ASC-i- Milli memarlığın qorunmasında və inkşafındakı xidmətlərinə görə.

Anar Məmmədov - "NBC" Bank - Azərbaycanda yeni nəsil bank sisteminin tətbiqindəki xidmətlərinə görə.

" Relax" İstirahət və Turizm mərkəzi - Azərbaycanda turizm sektorunun inkişafında və yüksək xidmət göstərilməsində fəaliyyətinə görə.

"ANT" İnşaat–Dünya standartlarına uyğun müasir tipli yaşayiş obyektlərinin tikintisindəki xidmətlərinə görə

Publika.az xəbər portalı - Operativ informasiyanın istehsalında və yayımında xidmətlərinə görə.

Zaur Əhməd - Müstəqil İnformasiya Agentliyinin direktoru - Dolğun informasiyanın operativ yayımında fəaliyyətinə görə.

Nahid Canbaxışlı - Jurnalistika sahəsində ugurlu fəailiyyətinə görə.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm