İqtisadi gündəm
Heydər Əliyevin xatirəsinə həsr olunmuş açıq çempionat keçirilib
Publika.Az-ın məlumatına görə, turnirin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanılıb. Daha sonra turnirdə iştirak edən Qazax rayon İcra Hakimiyyətinin məsul işçisi Sərdar Orucov, Qazax rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahin Namazov və Gürcüstan Respublikası komandasının nümayəndəsi Laşa Şhelya çıxış edərək yarış iştiralçılarını salamlamış və onlara tatami üzərində uğurlar arzulayıblar.
Çoxmübarizəli Döyüş İdman Növləri Federasiyası mətbuat xidmətinin
rəhbəri Anar Bürcəliyevin verdiyi məlumata görə, turnirdə Türkiyə,
İran, Gürcüstan və Azərbaycan idmançıları iştirak edib. 4 ölkədən
ümumilikdə 140 idmançı öz qüvvələrini tatami üzərində sınayıblar.
Turnirə Bakı, Qazax, Yevlax, Şəmkir, İmişli, Ağstafa, Ucar,
Kəlbəçər, Sumqayıt, Tovuz və Bərdədən 8-18 yaş və kişilər arasından
olan komanda üzvləri qatılıblar.
Böyüklər arasında 60 kq çəki dərəcəsində Elvin Həsənov 1-ci yerə,
Sarif Əliyev 2-ci yerə, Avropa ikincisi, 2-ci Dan qara kəmər ustası
olan Ceyhun Hacıyevin tələbələrindən Vüsal Rəhimov 60 kq çəki
dərəcəsində 1-ci yerə, Kamil Salahov 35 kq çəki dərəçəsində 1-ci
yerə, dünya çempionu Namiq İmranovun tələbələrindən Elgiz
İsgəndərli 25 kq çəki dərəcəsində və Rəvan Əkbərov 20 kq çəki
dərəcəsində 1-ci yerə, Ucar rayonundan qatılan idmançılardan Fərid
Hüseynli 40 kq çəki dərəcəsində, Əli Mütəllimov 26 kq çəki
dərəcəsində, Səid Qasımov 23 kq çəki dərəcəsində, Nurlan Hüseynov
35 kq çəki dərəcəsində 1-ci yerə, Yevlax rayonunun məşqçisi olan
Sadiq Orucovun yetirmələrindən Çavanşir Cavanşirli 23 kq çəki
dərəçəsində 1-ci yerə layiq görülüblər.
Gülnar
Publika.Az
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO