Əli Kərimli polis idarəsinə niyə çağırılıb?
Bizi izləyin

İqtisadi gündəm

Əli Kərimli polis idarəsinə niyə çağırılıb?

AXCP sədri Əli Kərimli bu gün səhər saatlarında Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb. Partiya sədri evini əhatəyə alan polis əməkdaşlarına qapını açmayıb. Polis əməkdaşıları ona saat 11.00-da Bakı Şəhər Baş Polis İdarəsinə gəlməli olduğunu bildiriblər.

"Hazırda AXCP sədri Əli Kərimli vəkilləri Mənsum Bayramov və Fəxrəddin Mehdiyevlə birlikdə Bakı Şəhər Baş Polis İdarəsindərir".

Bu barədə Publika.Az-a AXCP sədrinin müavini Razi Nurullayev məlumat verib.

Razi Nurullayev bildirib ki, Ə.Kərimlinin polisə nə üçün çağrıldığını bilməsələr də, buna son vaxtlar keçirilən etiraz aksiyalarının səbəb olduğunu düşünürlər:

"Polisdən sadəcə deyiblər ki, saat 11.00-da Bakı Şəhər Baş Polis İdarəsində olmalısınız. Səbəb göstərilməyib".

AXCP sədrinini müavini cəbhəçilərdən başqa heç kimin polisə çağrılmadığını bildirib.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm