Sosial yardım alanlara şad xəbər
Bizi izləyin

İqtisadi gündəm

Sosial yardım alanlara şad xəbər

Ünvanlı dövlət sosial yardımı almaq üçün tələb olunan sənədlərin siyahısı sadələşdiriləcək.

Axar.az-ın əldə etdiyi məlumata görə, proses 2015-ci il yanvarın 1-dən başlanılacaq. Bundan sonra bir neçə sənədlə ölkə vətəndaşları ünvanlı sosial yardımdan faydalana biləcək.

Qeyd edək ki, bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardım almaq üçün tələb olunan sənədlərin siyahısını nazirliyin rəsmi saytında yerləşdirib. Yanvar ayından etibarən sadələşdirilmiş sənədlər nazirliyin saytında yerləşdirəcək və vətəndaşlar rahat şəkildə bundan faydalana biləcək.

Məlumat üçün bildirək ki, bu ilin aprelinə olan məlumata görə, ölkədə 139 min 573 ailə ünvanlı dövlət sosial yardımı alır. Bu da sosial yardımların 612 min 114 nəfər ailə üzvünü əhatə etməsi deməkdir.

Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 6613 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 293 213 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6618 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı 33 843 nəfər, işləyən ailə üzvlərinin sayı isə 35 567 nəfərdir. Yardım təyin olunan ailələrin 1852-si tərkibində müharibə əlili olan ailələr, 365-i şəhid ailələri, 12583-ü isə məcburi köçkün ailələridir. Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 128,07 manat manat təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm