İqtisadi gündəm
“Vahid imtahan sisteminin tətbiqinə hazırlıq gedir“ - AÇIQLAMA
"Xəzər" Universitetinin İdarə Heyətinin sədri, professor Hamlet İsaxanlı orta məktəblərdə attestat imtahanlarının ləğvini məqbul sayır. Publika.Az-a açıqlamasında Hamlet İsaxanlı fikrini abituriyentlərin artıq yükdən azad olması gərəkliliyi ilə izah edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu günkü mətbuat konfransında buraxılış imtahanlarından danışıb. TQDK sədri bildirib ki, indiyə qədər bəzi orta məktəb direktorlarının adları buraxılış imtahanlarına müdaxilədə və korrupsiyada hallandırılsa da, artıq buna son veriləcək: "Bütün direktorlar və təhsil ictimaiyyəti bilsin ki, imtahanlar tam şəffaf olacaq. Əgər kimsə bunu etsə, qanun qarşısında cavab verəcək"
"Xəzər" Universitetinin rəhbəri hesab edir ki, daha optimal variant attestat imtahanlarının ləğv edilməsidir: "Nəzərə alanda ki, abituriyentlər 5 ayrı-ayrı fəndən ali məktəbə hazırlaşırlar, onları yükləyib attestat imtahanlarına cəlb etmək düzgün deyil. Vahid imtahanın keçirilməsi daha yaxşı olardı. Məhz bu imtahanın nəticələrinə görə, fərqlənmiş abituriyentlər ali məktəbə daxil olaydılar. Bu həm əlavə vaxt itkisinin qarşısını alar, həm də məzunlar əlavə yükdən azad olar".
Hamlet İsxanlı inanır ki, həyata keçirilən son islahatlar görünür bu məqsədlə gerçəkləşir: "Yəqin ki, Avropa ölkələrində qəbul edilən ənənəyə keçid üçün bu taktikadan istifadə edilir. Çox güman ki, vahid imtahan sisteminin tətbiqinə hazırlıq gedir".
Azər Niftiyev
Publika.Az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR