Ermənilər azərbaycanlı girova ömürlük həbs istədilər
Bizi izləyin

İqtisadi gündəm

Ermənilər azərbaycanlı girova ömürlük həbs istədilər

Bu gün Xankəndidə azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı növbəti “məhkəmə” iclası keçirilib.

Publika.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, “prokuror” Karen Dilqəm Əsgərova ömürlük həbs, Şahbaz Quliyevə isə 22 il azadlıqdan məhrum edilməsi cəzası verilməsini tələb edib.

“Prokuror” xatırladıb ki, “diversiya-kəşfiyyat qrupu”nun üzvləri “sərhəd”i qanunsuz keçərək məlumatlar toplayıb və videoçəkiliş aparıblar: “Smbat Sakanyanın ölümü şəraiti onu göstərir ki, cinayət bir nəfər, Dilqəm Əsgərov tərəfindən həyata keçirilib. Bundan əlavə “istintaq” tərəfindən Şahbaz Quliyevin çəkiliş aparmaması, lakin qrupun tərkibində olması faktı sübut olunub”.

Erməni tərəfinin iddiasına görə, iyulun 4-də Kəlbəcərdə itkin düşmüş 17 yaşlı Smbat Sakanyan azərbaycanlılardan ibarət qrup tərəfindən oğurlanaraq öldürülüb. Smbat Sakanyanın 10 gün sonra yaşadığı kənddən xeyli aralıda tapılmış meyiti üzərində çoxlu güllə yarasının olduğu iddia edilir.

Xatırladaq ki, qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm