Temperatur yüksələcək
Bizi izləyin

İqtisadi gündəm

Temperatur yüksələcək

Yaxın günlərdə ölkə ərazisində mülayim hava şəraiti müşahidə ediləcək.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bakıda və Abşeron yarımadasında gün ərzində yağmursuz hava şəraiti müşahidə ediləcək. Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Gecə havanın temperaturu 4-6, gündüz 8-10 dərəcə isti olacaq.

Bölgələrdə də gecə və səhər saatlarında dumanlı hava şəraiti müşahidə ediləcək. Şərq rayonlarında az yağıntılı olacaq. Qərb küləyi əsəcək, küləyin surətinin arabir güclənəcəyi gözlənilir.

Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz saatlarında 1-6 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm