İqtisadi gündəm
Qarabağda qarşıdurma - FOTO
Qondarma Dağlıq Qarabağ rejimi ilə erməni millətçiləri
arasında qarşıdurma yaşanıb.
ANS PRESS-in məlumatına görə, Ermənistandan 43 avtomobillə
Dağlıq Qarabağa yürüşə çıxan "rejimsiz 100 il" aksiyasının
iştirakçılarının qabağı polis tərəfindən alınıb. Və onlara müharibə
rejiminə görə yürüşə icazə verilmədiyini bildiriblər. Bu zaman
tərəflər arasında çaxnaşma baş verib.
Yürüş iştirakçıları jurnalistlərə bildirib ki, onlar polis
kardonuna yaxınlaşan zaman silahlı maskalı şəxslər və polis onlara
hücum edib.
"Jirayr Sefilyan maşından çıxıb onlarla danışmaq istədikdə minlərlə
polis, həm də hərbi qulluqçular çıxıb qadınları və uşaqları döyməyə
başladılar. Jurnalisti döydülər, uşaqların oturduğu maşınlarımıza
daşlarla hücüm etdilər. Bizi maşınlardan çıxartmağa çalışır,
telefonları alır, maşınlardan açarları götürür və bizi söyürdülər.
Hətta 1 martda (2008-ci ildə Ermənistanda keçirilən prezident
seçkilərində Sarkisyan rejiminin ermənilərə divan tutduğu gün -red)
belə olmamışdı. Bu 1 martın daha amansız təkrarı idi" - deyə yürüş
iştirakçılarından biri açıqlama verib.
Qarşıdurmada ”Noev kovçeq” qəzetinin Moskva müxbiri Anuşava
Şaxnazaryan xəsarət alıb və o, Gorus xəstəxanasına aparılıb.
Jurnalistin baş nahiyəsindən travma aldığı bildirilir.
Aksiyaya rəhbərlik edən Jirayr Sefilyan başda olmaqla bütün yürüş
iştirakçıları bədən xəsarətləri alıb.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO