Sabiq deputat Həsən Mirzəyev vəfat edib
Bizi izləyin

İqtisadi gündəm

Sabiq deputat Həsən Mirzəyev vəfat edib

Milli Məclisin sabiq deputatı, hakim Yeni Azərbaycan Partiyasını yaradan "91-lər"dən biri Həsən Mirzəyev bu gün dünyasını dəyişib.

Modern.az saytının məlumatına görə, 88 yaşlı professor səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün öncə xəstəxanaya yerləşdirilib.


Həsən Mirzəyev 1927-ci il noyabr ayının 26-da Qərbi Azərbaycanda, Dərələyəzin Qovuşuq kəndində anadan olub. O, 1948-ci ildə orta məktəbi, 1950-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunu bitirib, 1965-1987-ci illərdə namizədlik və doktorluq dissertasiyasını müdafiə edib.

Uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetin "Müasir Azərbaycan dili" kafedrasına rəhbərlik edən H.Mirzəyev 200-dən artıq elmi əsərin, 12 cildlik monoqrafiya da daxil olmaqla 21 kitab və 8 tədris proqramının müəllifidir. Alimin rəhbərliyi ilə bir çox elmlər namizədi və doktoru yetişdirilib. Azərbaycan filologiya elminin inkişafında müstəsna xidmətləri olan H.Mirzəyev Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaradıb.


21 noyabr 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, YAP-ın üç qurultayının üçündə də YAP siyasi şurasına üzv seçilib.


Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilib. Həsən Mirzəyev 2002-ci ildə mərhum prezidenti Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeninə, 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.


Allah rəhmət eləsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm