İqtisadi gündəm
Azərbaycanın silahları Sarkisyanı qorxuya salıb
Müstəqil olandan sonra heç bir ölkə Rusiyanın Ermənistana verdiyi dəstəyin heç bir 1 faizini göstərməyib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan prezidenti
Serj Sarkisyan açıqlama verib.
Sarkisyanın sözlərinə görə, Rusiya və Ermənistan arasında hərbi
əməkdaşlıq böyük rol oynayır. Lakin Sarkisyan Rusiyanın Azərbaycana
silah satması barədə də danışıb və narahatlığını gizlətməyib.
"Bizi narahat edən məsələ Rusiyanın Azərbaycana silah satmasıdır.
Bunun nəticəsində əsgərlərimiz başa düşür ki, Azərbaycan və
Ermənistanın təmas xəttində onları Rusiya silahları ilə öldürmək
istəyirlər", - deyə Sarkisyan bildirib.
Serj bu çıxışında da sərsəmləyib. O bildirib ki, Azərbaycan Dağlıq
Qarabağ münaqişəsini hərbi yolla həll etməyə çalışır. Halbuki
Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal
olunub. Sarkisyan uşaqların, qadınların görülməmiş vəhşiliklərlə
öldürüldüyü Xocalı soyqırımının da birbaşa iştirakçısı olub.
Azərbaycan Ordusunun sürətlə silahlanmasından narahat olduğunu
gizlətməyən Sarkisyan görünür ordusuna çox da güvənmir.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan