İqtisadi gündəm
“Torpaq bazarı haqqında” qanuna dəyişiklik edildi - SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1183-IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu
bəndini rəhbər tutaraq, “Torpaq bazarı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2015-ci il 13 fevral tarixli 1183-IVQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının “Torpaq bazarı haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların “Torpaq bazarı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
AZƏRTAC
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı