İqtisadi gündəm
İlham Əliyev Qazaxıstan səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Amangeldı Jumabayevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Səfir Amangeldı Jumabayev qeyd etdi ki, dövlətimizin başçısının
həyata keçirdiyi müdrik daxili və xarici siyasət onda böyük
təəssürat yaradıb. O, səfir kimi fəaliyyəti müddətində əməksevər və
qonaqpərvər Azərbaycan xalqının ona daim səmimi münasibət
bəslədiyini vurğulayaraq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə
səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan
hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə
etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və
qardaşlıq münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini
məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Amangeldı Jumabayevin
ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə,
o cümlədən siyasi, iqtisadi, inteqrasiya proseslərində və digər
sahələrdə daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək
qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzuladı.
AZƏRTAC
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO