İqtisadi gündəm
Əli Həsənov: “Çanaqqala zəfəri türk xalqının şanlı səhifələrindən biridir”
Çanaqqala zəfəri türk xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir. İşğalçı qoşunların birləşmiş qüvvələrinə, Türkiyə dövlətini birdəfəlik yox etmək siyasətinə qarşı türk xalqının və qəhrəman türk əsgərinin ölüm-qalım savaşı, dirənişi və mübarizəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 16-da jurnalistlərə
açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov bildirib.
Əli Həsənov deyib ki, Çanaqqalada türk əsgərləri və onlara qoşulan,
sıralarında azərbaycanlıların da olduğu digər könüllülər, faktiki
olaraq, türk xalqının iradəsinin məğlubedilməzliyini ortaya
qoydular, xalqı və dövləti məhv olmaqdan xilas etdilər: “Bu zəfərin
qeyd edilməsi ilə bağlı Türkiyə və Azərbaycan prezidentlərinin
iştirakı ilə tədbirlər planı hazırlanıb. Tədbirlər həm Türkiyədə,
həm Azərbaycanda, həm də dünyanın ayrı-ayrı ölkələrində həyata
keçirilir. Yekun tədbir olaraq aprelin 24-də Çanaqqalada dünyanın
müxtəlif ölkələrinin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə
qələbənin 100 illiyinə həsr edilmiş təntənəli mərasim
keçiriləcək”.
Əli Həsənov əminliklə bildirib ki, Azərbaycan Ordusunun günbəgün
artan qüdrəti və hərbçilərimizin rəşadəti sayəsində ərazi
bütövlüyümüz yaxın gələcəkdə bərpa olunacaq və qələbə bayrağımız
Şuşada dalğalanacaq.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR