Bakının mərkəzi küçəsi əsaslı təmirə dayanacaq
Bizi izləyin

İqtisadi gündəm

Bakının mərkəzi küçəsi əsaslı təmirə dayanacaq

Bakının mərkəzi küçəsi əsaslı təmirə dayanacaq

Bakıda Mikayıl Əliyev küçəsinin “Koroğlu” metrostansiyasından Babək prospektinə qədər olan hissəsi təmirə dayanacaq.

Bu, “Koroğlu”dan “Neftçilər” metrostansiyası istiqamətində körpü üzərindən keçən yoldur. Həmin yolun "Babək prospekti"nə kimi olan hissəsi Avropa oyunlarının Bakıda keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq həyata keçiriləcək.

“Azəryolservis” ASC-nin yaydığı məlumata görə, tədbirlər planında həmçinin "Ziya Bünyadov prospekti"nin yenidən qurulması da nəzərdə tutulub.

Xüsusilə də su oyunları keçirilən əraziyə yeni avtomobil yolu çəkiləcək. Ona görə də Həsən Əliyev küçəsinin sonundan Olimpiya Stadionuna birbaşa yol çəkilməsi planlaşdırılır. Həmin yolun üzərində tunellərin də tikilməsi nəzərdə tutulub.

Bir sözlə, 2015-ci ilə kimi "Şəfa" stadionunun qarşısındakı avtomobil tuneli və piyada keçidinin inşası da yekunlaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm