Azərbaycan Ukrayna böhranından qazanclı çıxacaq - RƏY
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan Ukrayna böhranından qazanclı çıxacaq - RƏY

Azərbaycan Ukrayna böhranından qazanclı çıxacaq - RƏY

Əksər iqtisadçı ekspertlər Ukraynadakı böhranın tezliklə həll edilməyəcəyi halda yeni bir “Qaz müharibəsi”nin başlayacağından narahatlığını ifadə edirlər.

Təsadüfi deyil ki, ABŞ Respublikaçılar Partiyasının nüfuzlu simaları prezident Barak Obamanı ABŞ maye qazının əsas tərəfdaş ölkələrə ixracı üçün mövcud bürokratik əngəlləri aradan qaldırmağa çağırıblar. Respublikaçılar hesab edirlər ki, ABŞ-ın qaz ixrac etməsi üçün mövcud bürokratik əngəllər aradan qaldırılsa, Avropa və Ukraynanın Rusiya təbii qazından asılılığını azaltmaq mümkün olacaq. Nümayəndələr Palatasının sədri Con Beyner bildirib ki, ABŞ öz müttəfiqlərinin Rusiya qazından asılılığına son qoymalıdır.

Bəs, yeni bir “Qaz müharibəsi” Avropanın qaz bazarında önəmli yer tutmaq istəyən Azərbaycan üçün hansı nəticələr verəcək?

Publika.Az –ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, əmtəə bazarları mütəxəssisi Zafer Ergezen Krım böhranının enerji baxımından Türkiyə və Azərbaycan üçün yeni fürsətlər yaratdığını ifadə edib.

Mütəxəssis qeyd edir ki, Ukrayna və Rusiya arasında yaşananlar alternativ enerji marşrutlarının vacibliyini Avropaya xatırladıb.“Nabukko” layihəsinin gündəmdən çıxarılmasından sonra Türkiyə üzünü Azərbaycan, İran və İraq enerji ehtiyatlarına çevirdi. Bundan sonra Trans-Anadolu təbii qaz boru xəttindən daha çox danışıldığının şahidi olacağıq”, - Z.Ergezen deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm