Millət vəkili AŞPA-da Ermənistanın etnik təmizləmə siyasətindən danışdı
Bizi izləyin

İqtisadi gündəm

Millət vəkili AŞPA-da Ermənistanın etnik təmizləmə siyasətindən danışdı

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistanın etnik təmizləmə siyasəti, Xocalı soyqırımı barədə çıxış edib.

Publika.az xəbər verir ki, millət vəkili bildirib ki, Avropanın gözləri önündə 100 minlərlə azərbaycanlının haqlarını tapdalayaraq mono-etnik dövlət qururlar. Qənirə Paşayeva çıxışında AŞPA-da islam dini əlehinə sərt çıxış edən hollandiyalı deputat F.Klashorsta sərt cavab verərək bildirib ki, onun islam dini ilə bağlı fikirləri doğru deyil, islam sülh dinidir.

Çıxışında rasizmin, dözümsüzlüyün hər zaman faciəli sonluqla nəticələndiyini deyən millət vəkili Qənirə Paşayeva AŞPA-ya səslənərək bəzi məsələlərə ciddi diqqət yetirməyə çağırıb:

“Müzakirə etdiyimiz bu mövzu Avropanın və ümumiyyətlə dünyanın bu günü və gələcəyi üçün çox vacibdir. Rasizmin, neo-rasizmin, nifrət duyğularının, artması bizi ciddi narahat etməli və onun qarşısının alınması istiqamətində üzv ölkələr və assambleya daha çox işlər görməlidir. Bu kimi narahatlıq doğuran halların artmasının qarşısını almaq üçün üzv ölkələrdə gənc nəsillərə kiçik yaşlarından etibarən fərqli etnik, dini, sosial qruplara qarşı dözümlülük, hörmət və anlaşmanın öyrədilməsi vacibdir”.

Q. Paşayeva bildirib ki, rasizm, nifrətin, dözümsüzlüyün artmasının qarşısını ala bilməsək bu, yaxın gələcəkdə böyük faciələrə səbəb ola bilər. Biz hamımız bunun məsuliyyətini bu gündən dərk etməli və 20-ci əsrdə yaşanan faciələri unutmamalıyıq:

“Mən özüm bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyam. Rasizm, nifrət duyğuları və dözümsüzlüyün nələrə səbəb olduğunu dostlarımızın daha yaxşı anlaya bilməsi üçün qeyd etmək istərdim məhz Ermənistanda təhsil və kütləvi informasiya vasitələri ilə siyasətçilərin gənc nəsildə azərbaycanlılara qarşı yaratdıqları dözümsüzlük və nifrətin nəticəsi idi ki, 1988-ci ildə Ermənistandan 100 minlərlə azərbaycanlı silah gücünə, zorla öz doğma torpaqlarından çıxarılıb və Ermənistan monoetnik bir dövlətə çevrilmişdir”.

Millət vəkili diqqətə çatdırıb ki, bir milyondan çox azərbaycanlı isə öz evindən qovulub və 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşayır. Bundan sonra isə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirib, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirib. İşğal olunmuş ərazilərdə 4000 azərbaycanlı itkin düşüb, bir milyondan çox azərbaycanlı isə öz evindən qovulub və 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşayır.

“Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus mədəni, tarixi,dini abidələri, qəbirstanlıqları məhv edirlər. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə, eləcə də AŞPA-nın məlum 1416 saylı qətnaməsinə baxmayaraq, Ermənistan onların öz evlərinə dönməsinə imkan vermir. Məncə, bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər. Mən bu cür hallardan əziyyət çəkən bir ölkənin təmsilçisi kimi məruzədə əksini tapan bütün məsələləri dəstəkləyir, üzv ölkələri bu məsələlərə həssaslığı daha da artırmağa çağırıram”, deyə millət vəkili bildirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm