Hadisə
Bakıda professoru döyüb bloka atdılar
İdman bədən quruluşlu iki cavan oğlan "Nigar" Klinikasının həmtəsisçisi, Tibb Universitetinin ginekologiya kafedrasının professoru Şahbaz Şahbazovun zorla mənzilinə soxulublar və onu döyüblər.
Professora hücum edənlər mənzilin qapısını bağlayıblar və döyülmüş professoru blokda atıb gediblər. Publika.az xəbər verir ki, bu barədə virtualaz.org-a danışan Ş.Şahbazov Daxili İşlər Nazirliyinin "102"xidmətinin Qaynar Xəttinə zəng vurduğunu deyib. Onun sözlərinə görə, hələlik heç bir reaksiya yoxdur. Professorun həyat yoldaşı yaxınlıqdakı polis bölməsinə gedərək baş verənlər barədə məlumat verib və şikayət ərizəsi yazıb.
Hazırda yaşadığı Həsən Əliyev, 10 A saylı binanın blokunda olan professor deyir ki, ona hücum edən şəxslər KİV-də klinikanın qanunsuz zəbt olunması ilə bağlı yazılanların qisası olub.
Professor Ş.Şahbazov ona olunan hücum faktının araşdırılması üçün mətbuat vasitəsilə ölkə rəhbərliyinə, Baş Prokurorluğa və Daxili Işlər Nazirliyinə müraciət edib.
Xatırladaq ki, bu il noyabr ayının 5-də 40-50 nəfər bir neçə şəxs tibbi müəssisəyə zorla girib, növbədə olan tibb personalını qovub, xəstələri küçəyə qovublar. Sonra direktorun və baş mühasibin otağının qapılarını sındırıblar, kassa aparatını aparıblar, sənədləşməni, ştamplar, kompüterlər və s. özləri ilə götürüblər. Həkimlərə və tibb bacılarına isə elan ediblər ki, bundan sonra bu obyekt İlham Məmmədova aiddir. Ş.Şahbazov isə İlham Məmmədov bir neçə müəssisə üzrə onun ortağı olsa da, onun "Nigar" klinikasına heç bir aidiyyatı yoxdur.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR