Bakıda zavoda basqın: mühafizəçilər yaralandı
Bizi izləyin

Hadisə

Bakıda zavoda basqın: mühafizəçilər yaralandı

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.

Bakıda zavoda basqın olub.

Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Sahil qəsəbəsi ərazisində yerləşən zavoda basqın edən 4 nəfər oranın mühafizəçiləri - 1990-cı il təvəllüdlü Ruslan Qərib oğlu Hacıyevi bıçaqlayıb, digər mühafizəçi, 1993-cü il təvəllüdlü Rəhim Arif oğlu Rəhimovun başına küt alətlə vurublar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm