Kredit təşkilatının ofisindən pul dolu seyf oğurlayanlar tutuldu (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Kredit təşkilatının ofisindən pul dolu seyf oğurlayanlar tutuldu (YENİLƏNDİ)

Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.

Lənkəranda kredit təşkilatının ofisindən içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda təqsirli bilinən iki nəfər saxlanılıb.

Rayon-Şəhər Polis İdarəsindən bildirilib ki, tutulan şəxslər təşkilatın əməkdaşı Ruslan Əzimov və onun tanışı Əkbərov Əvəz Yaşar oğludur.

Məlumatına görə, həmin şəxslərin “Viza Kredit” MMC bank olmayan kredit təşkilatının Lənkərandakı ofisindən apardıqları seyfin içərisində 7 min 500 ABŞ dolları, 3 min 500 manat, xeyli miqdarda qızıl-zinət əşyası, qurumun rəsmi sənədləri, möhürü olub.

Oğurlanan pul və digər əşyalar onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır. (apa)

***

Lənkəran şəhərində kredit təşkilatının ofisindən seyf oğurlanıb.

Ötən gecə şəhərin M.Nəsirli küçəsi ilə İ.Səmədzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən “Viza Kredit” MMC bank olmayan kredit təşkilatının ofisindən içində qurumun pul vəsaitləri saxlanılan seyfi naməlum şəraitdə oğurlanıb.

Hadisə barədə Lənkəran rayon Polis Şöbəsinə məlumat verilib və araşdırmalara başlanılıb.

Seyfin içindəki vəsait barədə açıqlanma verilmir.

Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm