İtlər Lerik sakinini xəstəxanalıq etdilər
Bizi izləyin

Hadisə

İtlər Lerik sakinini xəstəxanalıq etdilər

Lerik rayon sakini sahibsiz itlərin hücumuna məruz qalıb.

Lerik rayon sakini sahibsiz itlərin hücumuna məruz qalıb.

Publika.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çayrud kəndində baş verib.

Belə ki, sahibsiz itlər kənd sakini, 1964-cü il təvəllüdlü Xanəbəy Dadaşova hücum ediblər. Üz və əl nahiyəsindən xəsarət alan sakin qonşuları tərəfindən Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lerik Rayon Mərkəzi Xəstəxanasından report-a bildirilib ki, xəstəxanaya gətirilmiş yaralı Çayrud kənd sakini Dadaşov Xanıbəy Xeyrulla oğluna tibbi yardım göstərilib. Zəruri tibbi tədbirlər görülüb, onun yaraları tikilib.

Hazırda onun vəziyyəti normaldır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm